İRNA-nın “Sputnik”-ə istinadən verdiyi məlumata görə, Əl-Qəhhum əlavə edib ki, Qırmızı dənizdə Yəmən donanmasının gəmisinə hücum onların (Amerika koalisiyası) bağlaya bilməyəcəkləri bir qapı açacaq.
O deyib: “Yəmən donanmasının gəmisinə hücum etməklə heç vaxt asanlıqla çıxa bilməyəcəkləri müharibəni alovlandırdılar və bu, onlara baha başa gələcək.”
Yəmən Ənsarullah Hərəkatının Siyasi Ofisinin üzvü Məhəmməd Əl-Buxəyti də bazar ertəsi axşam saatlarındakı açıqlamasında bazar günü Qırmızı dənizdə baş verən hadisələrə və Amerikanın hücumu nəticəsində Yəmən donanmasının 10 əsgərinin şəhid olmasına işarə edərək, Vaşinqtonun cinayətinin cavabsız qalmayacağını bəyan etdi.
Bu açıqlamalar Yəmən Silahlı Qüvvələrinin bazar günü gecə yaydığı bəyanatda Amerikanın Qırmızı dənizə hücumunda bir neçə dəniz qüvvələrinin şəhid olmasını təsdiqlədikdən sonra verilib.
Sizin rəyiniz